Nəqliyyat, iqtisadiyyatın elə bir sahəsidir ki, onsuz heç bir sahə formalaşa bilməz. Beləliklə logistika biznesdə rəqabət qabiliyyətini yüksək səviyyədə saxlamaq üçün müəssisənin ssenarisində təsirli bir silahdır. Azərbaycan iqtisadiyyatın inkişafı üçün qısa, orta və uzunmüddətli siyasət istiqamətləri təyin edərək, o cümlədən bir sıra strateji prioritetlər və həmin məqsədlərə çatmaq üçün fəaliyyətlər müəyyənləşdirərək ticarət və logistikanın inkişafı üzrə strateji yol xəritəsi mövcuddur.
Azərbaycanın 2020-ci ilə kimi logistika və ticarətə dair baxışına, yükdaşımaların cəlb edilməsi ilə yanaşı, regional tranzit yükdaşımalarında əlavə dəyərin yaradılması daxildir.
Tənzimləyici amillər hesabına regionda bu sahə üzrə daha cəlbedici olmaq və vacib mərkəzə çevrilmək üçün Azərbaycan 2025-ci ilə qədər logistika və ticarət infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirmək niyyətindədir.
2025-ci ildən etibarən Azərbaycanın uzunmüddətli məqsədi digər ölkələrlə güclü əlaqələrə malik səmərəli fəaliyyət göstərən logistik mərkəzlər vasitəsilə regional logistika mərkəzi olmaqdır.
Növbəti hədəflərə çatmaq üçün ölkədə bir sıra logistika mərkəzləri yaratmaqla, Azərbaycan regionun tranzit ticarətində payını artırmaq niyyətindədir:
- Mərkəzi Asiya Qara dəniz marşrutunun 40%-i
- Mərkəzi Asiya və Avropa marşrutunun 25%-i
- Çin və Avropa marşrutunun 3%-i
- Rusiya və İran marşrutunun 40%-i
- İran və Qara dəniz marşrutunun 25%-i.
Faktiki vəziyyətdə əvvəlki illərdən fəqli olarq qənaətbəx hesab etmək olar, baxmayaraq ki, inkişafa böyük ehtiyac var.
Bu ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 351 milyon ABŞ dolları dəyərində mal ixrac olunub. Azexport.az portalına ilin ilk 10 ayında 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayının təqdimatında bu barədə məlumat verilib.
Prezident İlham Əliyevin ötən həftə Türkmənistana gerçəkləşən səfərinin təfərrüatları da region ölkələri ilə əlaqələrə verilən əhəmiyyəti ifadə edirdi.
Yeni ixrac siyasəti yürüdən Azərbaycan üçün bu bölgə də potensial bazar kimi çıxış edə bilər. Eyni zamanda Orta Asiya və Azərbaycan birlikdə Şərqlə Qərb arasında əhəmiyyətli nəqliyyat dəhlizi kimi çıxış etməkdədir.