Dəniz yolu ilə daşıma

Dəniz yolu ilə daşıma hal hazırda beynəlxalq yük daşımalarında ən çox istifadə olunan nəqliyyat vasitərindən biridir. Geniş beynəlxalq lojistik şəbəkə vasitəsilə biz sizin mallarınızı dəniz yolu vasitəsi ilə dünyanın istənilən nöqtəsinə və nöqtəsindən qapıdan qapıya çatdırılma prinsipi əasasında daşınmalarını təşkil edirik.

FCL ( Full Container Load ) - hər növ konteynerlər ilə həyata keçirilən bütöv yükləmələr olub, şirkətimiz bu daşımalar üçün müştərilərinə beynəlxalq dəniz xətti liniyaları və agentlər ilə sıx əməkdaşlığı sayəsində ən münasib xidmətləri və təklifləri verməkdədir.

LCL ( Less Container Load ) - hər növ konteynerlər ilə həyata keçirilən qruppaj yükləmələr olub, şirkətimiz bu daşımalar üçün müştərilərinə beynəlxalq dəniz xətti liniyaları və agentlər ilə sıx əməkdaşlığı sayəsində ən münasib xidmətləri və təklifləri verməkdədir.